Betaglucan (Betaqlükan) Astma bir çox hallarda allergik reaksiya nəticəsində yaranan xroniki iltihablı tənəffüs yolu xəstəliyidir Ağciyər iltihabı ağciyərə Th2-sitokinləri (IL-4, IL-5, IL-13) ifraz edən eozinofillərin və T hüceyrələrinin infiltrasiyası nəticəsində yaranır. IL-4, IL-5 və IL-13 IgE-nin yaranmasını, eozinofillərin toplanması və uzun müddət yaşamasını, selik ifrazını stimulyasiya edir. Betaglucan Th2-sitokinlərini yaranmasını qarçısını alaraq IgE-nin əmələ gəlməsini inhibə edir və nəticədə astma,allergik rinit, atopik sermatit, kimyəvi maddələr və müxtəlif növ qidalara qarşı allergoiyanın qarşısını alır.
Betaglucanın qəbulu tənəffüs simptomlarını Th2-dən asılı IL-10-mediatorubub azaltması və Th1 hüceyrələri tərəfindən IFN-γ istehsalının artması ilə aradan qaldırır.Dörd həftəlik Betaglucan qəbulundan sonra,Ragweed allergiyası olan xəstələrin plasebo qrupu ilə müqayisədə simptomlarının yüngülləşdiyi və fiziki sağlamlıq, həyat fəaliyyət və emosional rifahlarının yaxşılaşmasıvə yuxu problemlərinin azalması müşahidə olunmuşdur. (Lloyd and Hessel 2010).American Journal of Immunology 2017, 13 (1): 73.80 DOI: 10.3844/ajisp.2017.73.80 74 nəşrində dərc etmişdir ki, β-qlükan həm bakteriya, həm də protozylara qarşı orqanizmi infeksiyaya qarşı qoruyur və antibiotiklərə davamlı infeksiyalarda antibiotikin effektivliyini artırır. Bundan əlavə, β-qlükanların hiperxolesterinoemik xəstələrdə ümumi və LDL (aşağı sıxlıqlı lipoprotein) xolesterinin səviyyəsini azaltdığı sübut olunmuşdur (Tietyen et al., 1990; Delaney et al. , 2003). β-qlükan stress hormonu kortikosteronu normal səviyyədə saxlamağa kömək edir. Bundan əlavə, β-qlükanın artrit zamanı metotreksat müalicəsinin əhəmiyyətli stimullaşdırılması və β-qlükanı kollagenlə birləşdirən qlükan-kollagen matrisinin çox güclü olduğu sübut edilmişdir . β-qlükan uşaqlarda yanıqların müalicəsi zamanı və atopik dermatitin inkişafının qarşısının alınmasında müsbət təsir edir.
Sink qlükonat (Sink Gluconate) - sümük yaranması üçün vacibdir, prostat və reproduktiv orqanların normal funksiyasını təmin edir. Piy vəzilərin funksiyasını tənzimləyir. Zülal sintezi və kollagen əmələ gəlməsi üçün vacibdir. Immun sistemin qoruyucu funksiyasını artırır, yaraların sağalmasını sürətləndirir. Insulinin və digər həyati vacib fermentlərin tərkib komponenti sayılır
Vitamin E güclü antioksidantdır. Orqanizmdə bioloji antioksidant funksiyası daşıyır, yəni onun təsiri nəticəsində sərbəst radikallar inaktivləşir və ikiqat rabitələrə malik olan (doymamış) lipid molekulları ilə O2 arasında baş verən qeyri fermentativ sərbəst radikallı peroksidləşmə reaksiyalarının qarşısı alınır. Məlumdur ki, doymamış lipidlər hüceyrələrin və hüceyrə orqanoidlərinin lipoprotein membranının əsas komponentidir. E vitamini çatışmazlığı nəticəsində bu birləşmələrin peroksidləşməsinin sürətlənməsi bioloji membranların funksiyasının pozulmasına və hüceyrələrin zədələnməsinə səbəb olur. Beləliklə, vitamin E çatışmazlığının biokimyəvi, morfoloji və klinik təzahürləri məhz membran lipidlərinin peroksidləşmə sürətinin artması ilə əlaqədardır. Vitamin E orqanizmi zərərli sərbəst radikalların təsirindən qorumaqla yanaşı vitamin A və doymamış yağ turşularının dayanıqlılığını artırır, orqanizmin immun sistemini stimullaşdırır (antitelin əmələ gəlməsində iştirak etməklə). Bundan əlavə, vitamin E iltihaba səbəb olan araxidon turşusunu birləşdirdiyi üçün iltihabi və allergic reaksiyaları , o cümlədən, ağrı və ödemi aradan qaldırır. Çatışmazlığı maddələr mübadiləsinin (metabolizmin) pozulmasına, qanın O2 ilə zənginləşməsinin pozulmasına və yerli oksigen aclığına səbəb olurVitamin E çatışmazlığı zamanı tez proliferasiya olunan (bölünən) hüceyrələr hepatositlər (qaraciyər hüceyrələri), nefronların epitelisi (böyrək hüceyrələri) və cinsi hüceyrələr daha çox zədələnə bilər. İnsan orqanizmində vitamin E çatışmazlığının kliniki təzahürləri bunlardır: əzələ yorğunluğu və əzələ hipotoniyası, membranların stabilliyinin pozulması nəticəsində eritrositlərin hemolizi, ataksiya, hiporefleksiya, dizartiya, onurğa beyni liflərinin dimielinizasiyası nəticəsində hipoesteziya,allergic xəstəliklər vitamin A- nın ikincili çatışmazlığı nəticəsində gözün buynuz qişasının degenerasiyası, hepatosidlərdə nekrotik dəyişikliklər, böyrək kanalı epitelisində hepatonekroz və nefrotik sindrom. Vitamin E qida ilə kifayət qədər qəbul edilsə də, Zn- in çatışmazlığı zamanı onun defisiti yarana bilər. ZincoDe- nin unikal tərkibi bu ehtimalı tamami ilə aradan qaldırır. Vitamin E vitamin A- nın sorulmasını sürətləndirir. Gözün torlu qişasında retinol retinala (aldehid forma) çevrilir və rodopsin zülalının tərkibində işıq duyğusunun yaranmasında iştirak edir. Vitamin A inkişaf etməkdə olan orqanizmin normal inkişafını və hüceyrə diferensiasiyasını, qığırdaq, sümük və epitel toxumalarının proliferasiya və regenerasiyasını tənzim edir, görmə duyğusunun fotokimyəvi mərhələsində iştirak edir. vitamin C- orqanizmdə sintez edilməyən və qəbulu zəruri olan antioksidant vitamindir. Molekulunda olan endiol qrupu ona oksidləşmə reduksiya reaksiyalarında iştirak etmək imkanı yaradır.
Askorbin turşusu oksidləşmə reduksiya reaksiyalarında H+- in donoru kimi iştirak edir. Birləşdirici toxumanın əsas tərkib hissələrindən biri olan kollagenin sintezində, qanyaranma prosesində, aromatik aminturşulardan katexolaminlərin və xolesterindən steroid hormonların sintez edilməsində askorbin turşusunun mühüm rolu vardır. O, birləşdirici toxumada sintez edilən prokollagen zülalının tərkibindəki prolin qalıqlarının hidroksiprolinə çevrilməsini kataliz edən ferment sistemini fəallaşdırır. Bu reaksiya nəticəsində prokollagen kollagenə çevrilir. Vit. C- nin iştirakı ilə sərbəst radikalların, tsiklik nukleotidlərin metobolizminin, histaminin və prostoqlandinlərin inaktivləşməsi baş verir. Yüksək konsentrasiyası sinir hüceyrələrini (neyronları) sərbəst radikalların zərərli təsirlərindən qoruyur. ZincoDe-nin tərkibinə daxil olan sink orqanizmdə həyati vacib funksiyaları yerinə yetirən 200- ə qədər ferment və komplekslərin tərkibinə daxildir. Hüceyrə regenerasiyasında, immun reaksiyaların aktivləşdirilməsində, yaddaşın, diqqət və konsentrasiyanın yaxşılandırılmasında, dəridəki iltihabın aradan qaldırılmasında və s. böyük əhəmiyyətə malikdir. Zn testesteronun dihidrotestesterona çevrilməsinin qarşısını alaraq prostat vəzin adenomasını (hiperplaziyasını) aradan götürür. Spermatozoidlərin hərəkətliliyini artıraraq bu səbəbdən yaranan sonsuzluğu aradan qaldırır.
Hamilə qadınlarda Zn çatışmazlığı açılışa, erkən doğuşa və yeni doğulmuşun çəkisinin normadan çox aşağı olmasına səbəb ola bilər. Zn qlükozanın gözün bülluru tərəfindən mənimsənilməsini normallaşdırır, katarakt və torlu qişanın makulodistrofiyasının qarşısını alır, torlu qişanın stabilliyini və büllurun şəffaflığını təmin edir. ZincoDe- nin tərkibində Zn- in üzvi birləşməsi olduğu üçün orqanizm tərəfindən daha yaxşı mənimsənilir. ZincoDe- nin tərkibinə daxil olan selen orqanizmin ən vacib antioksidant fermenti olan qlütationperoksidazanın kofermentidir. Selenin qalxanabənzər vəzi üçün əsas önəmi tireoid hormonların periferik metabolizmini sürətləndirməsindən ibarətdir. Triyodtironinin (T3) sintezində vacib rol oynadığı üçün, yodun selensiz mənimsənilməsi mümkün deyil. Selen mikroelementinə olan gündəlik tələbat kişilərdə 70 mkq (mg), qadınlarda isə 55 mkq (mg)-dır. ZincoDe- nin preparatının tərkibində selen üzvi birləşmə şəklində, yəni amin turşunun duzu şəklində (selenmetionin) olduğu üçün orqanizm tərəfindən yaxşı qəbul edilir. ZincoDe- nin preparatının tərkibindəki selen biomolekulası optimal və sabit antioksidant müdafiə funksiyası yerinə yetirir. Belə ki, orqanizmin tələbatına uyğun olaraq ya selen qaynağı, ya da ki sərbəst
antioksidant kimi təsir göstərir. Əgər orqanizmdə selen çatışmazlığı varsa, biomolekula selenmetionin ferment- antioksidant enzim sistemini aktivləşdirərək seleni azad etməyə başlayır. Əgər orqanizmdə selen çatışmazlığı yoxdursa, biomolekula “sərhəd-növbətçi” prinsipi ilə işləməyə başlayır, daim “tətikdə” duraraq sərbəst radikalların artmış miqdarını zərərsizləşdirir. Selen (Se) orqanizmi qurğuşun (Pb), kadmium (Cd), civə (Hg), siqaret tüstüsü və işlənmiş qazlarla zəhərlənmədən qoruyur. Belə ki, orqanizmdən ağır metal duzlarını kənarlaşdıraraq qaraciyərin funksiyasının pozulmasını və nekrozu önləyir. Allergik xəstəliklərin və bronxial astmanın yaranma riski bir çox hallarda orqanizmdə selenin metabolizminin pozulması ilə əlaqədardır.
Vitamin D3( Cholecalciferol)- yağda həll olan vitamin olub normal halda ultrabənövşəyi şüaların təsiri altında insan dərisində 7-dehidroxlesterindən sintez olunur. Vitamin D3 kalsium, fosfor və maqnezium mübadiləsinin tənzimlənməsində iştirakedir, Ca və fosfatların bağırsaqdan sorulmasını və onların böyrək kanalından reabsorbsiyasını gücləndirir, sümük toxumasının minerallaşmasını yaxşılaşdırmaqla uşaqlarda skeleton və dişlərin formalaşmasını təmin edir. Ossifıksiya prosesini gücləndirir. Qalxanabənzər ətraf vəzilərin normal fəaliyyət göstərməsinə kömək edir.