Məhsullar

Nosetin
Mərkəzi sinir siteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə istifadə olunan preparatdır.
Tərkib:
  • Sitikoin
  • Kversetin
  • Asetil-L-karnitin
  • Ginko-biloba yarpağının ekstraktı
Göstərişlər:
  • Dissirkulyator ensefalopatiyalar (insultun fəsadları, kəllə-beyin travmaları, yaşlanma dövrü), yaddaş və diqqətin pozulması, intellektual qabiliyyətin zəifləməsi, həyəcanlanma, qorxu.
  • Parkinson və Alsheymer xəstəliyi, demensiya, yuxu pozğunluğu (yuxusuzluq, narkolepsiya), epilepsiya.
  • Ürəyin işemik xəstəlikləri. Aritmiya. Ateroskleroz.
  • Gənclərdə diqqət və yaddaşın artırılması məqsədi ilə.
  • Yaşlanma ilə əlaqədar görmə pozğunluğu. Diabetik retinopatiya.
  • Kəllə-beyin travmaları, beyində aparılan cərrahi əməliyyatlardan sonra bərpa dövründə.
  • İşemik insultdan sonrakı reabilitasiya dövrü.
  • Yaddaş və digər psixi funksiyaların pozulması: fizioloji qocalma, demensiya, psixi inkişafın ləngiməsi.
  • Yuxu pozğunluqları və fobiyalar
  • Nitq pozğunluqları: Afaziya, dizleksiya
  • Müxtəlif mənşəli başgicəllənmələr
  • Ensefalopatiyalar, dərman intoksikasiyası
  • Digər patologiyaların kompleks mualicəsi: Epilepsiya, asteno-depressiv vəziyyətlər, psixozlar, parkinsonizm.
İstifadə qaydası: Böyüklər: 1 tablet gündə 1 dəfə.
İstehsalçı şirkət: GH YILDIZ
Ölkə: Türkiyə
Sitixolin – sinir hüceyrəsini sitidin və xolin kimi əsas komponentlərlə təmin etdiyindən membran fosfolipidlərinin miqdarını artırır, membranoprotektor və neyroprotektor təsir göstərir. Sitixolin neyronların membran tamlığını bərpa etdiyindən toksik təsirli yağ turşularının işemiya sahəsinə toplanmasının qarşısını almaqla zədə nahiyyəsinin sürətlə bərpasına şərait yaradır. MSS stimulaşdırır, retikulyar formasiyanın aktivliyini artırır,əhval –ruhiyyə və əqli fəaliyyəti yüksəldir. Sitixolin beyində sinir impulslarının ötürülməsini təmin edən asetilxolinin birbaşa sintezində iştirak etdiyindən apatiya qısa müddətdə aradan qalxır, yaddaş, diqqət yaxşılaşır, tanıma və oriyentasiya yüksəlir.

Kversetin antioksidant, kapillyaroprotektiv, dezintoksikasion, ödem əleyhinə, regenerasiyanı artıran bioflavonoid olub kapillyarların işini aktivləşdirir, qan-damar divarlarını möhkəmləndirir. Bütün orqanizmdə qanın mikrosirkulyasiyasını yaxşılaşdırır. Miokardın  qan təchizatını yaxşılaşdırır və işemiyaya uğramış sahələri bərpa edir.Kversetin güclü antioksidant effektə malikdir, hüceyrə membranlarını sərbəst radikalların zədələyici təsirindən qoruyur, hüceyrələrin vaxtından əvvəl qocalması prossesini tormozlayır.

Asetil-L-karnitin ( vitamin BT, vitamin B11) – aminturşu olub, B qrupu vitaminlər ailəsinə mənsubdur. Anabolik, antihipoksik və antitireoid təsirə malikdir. Yağların mübadiləsini aktivləşdirir, toxumaların regenerasiyasını stimulə edir, iştahanı artırır. Orqanizmdə l-karnitin qaraciyərdə və böyrəklərdə sintez olunur, digər orqan və toxumalara daşınır.Asetil- L-karnitin uzunzəncirli yağ turşularını  mitoxondrial matriksə daşıyır, burda onların parçalanmasını və asetil-KoA-nın qlükoneogenez prosesində piruvatkarboksilazanın iştirakını artırır.Asetil- L-karnitin  keton cisimciklərinin əmələ gəlməsini, xolin və onun efirlərinin sintezini, oksidləşdirici fosforlaşmanı və enerji ayrılmasını, ATF sintezini sürətləndirir.Asetil- L-karnitin rəqabətə girərək qlükozanı sıxışdırır və yağ turşularının oksigendən asılı olmayan  metabolizminə yol açır, buna görə də beyinin hipoksiyasında və digər kritik vəziyyətlərdə effektivdir. Həzm şirələrinin  sekresiyasını və fermentativ fəallığını artırır, qidanın mənimsənilməsini yaxşılaşdırır, artıq bədən çəkisini azaldır. Fiziki gərginliyə qarşı dözümlülüyü artırır, ağır fiziki işdən sonrakı asidozu aradan qaldırır. Qaraciyərdə və əzələlərdə qlikogen ehtiyyatını artırır və onun daha qənaətlə sərf olunmasını təmin edir. Neyrotrofik təsir göstərir, zədələnmiş sinir toxumasını bərpa edir.

Ginkgo Biloba beyin qan dövranını, həmçinin, koronar və periferik qan dövranını yaxşılaşdırır. Tərkibindəki flavon qlikozidləri (24%) hüceyrələrdə qlikoliz prosesini aktivləşdirərək, (əsasən beyin hüceyrələrində) hüceyrələrin oksigenə olan tələbatını azaltmaqla, enerji təminatını optimallaşdırır. Beləliklə, beyin hüceyrələrinin normal funksiyalarını bərpa edərək koqnitiv funksiyaları gücləndirir.  Ginko Biloba tərkibindəki terpen birləşmələri (6%) hesabına qan damarlarının divarını möhkəmləndirərək, damar elastikliyini artırır. Damar divarının  strukturunun (endotel qişa) zədələnməsindən irəli gələn eritrositlərin və trombositlərin aqreqasiyası və adgeziyasının qarşısını alaraq, qanın  reoloji xüsusyyətlərini  normallaşdırır.
 
Yuxarı