Çoxsaylı hüceyrə strukturlarının bir hissəsi olan və birçox ferment sistemlərinin fəaliyyətində iştirak edən dəmir oksigenin daşınmasında mühüm rol oynayan preaparatdır.
Tərkib:
İron gluconate
Folic acid
Vitamin B12
Vitamin C
Göstərişlər:
Müxtəlif səbəblərdən yaranan dəmir çatışmazlığı müalicə və qarşısının alınması)
Ferritin əksikliyinin bərpa olunması
Cərrahi əməliyyatdan sonrakı dövürdə yaranmış anemiyanın müalicəsi
İntensiv böyümə və uzun müddətli ağır xəstəlikdən sonra sağalma dövründə dəmirə ehtiyacın artması
Uzun müddətli qanaxma (mədə və onikibarmaq bağırsağın peptik xorası daxil olmaqla)
Xroniki ishalda dəmirin udulmasının azalması
Pis qidalanma və balanssız qidalanma
Hamiləlik və laktasiya zamanı artan dəmir təlabatının ödənilməsi
İron gluconate (Dəmir qlukonat) - Çoxsaylı hüceyrə strukturlarının bir hissəsi olan və bir çox ferment sistemlərinin (sitoxromlar, katalaza) fəaliyyətində iştirak edən dəmir oksigenin daşınmasında və oksidləşdirici metabolik proseslərdə çox mühüm rol oynayır, eyni zamanda insan orqanizminin mühüm elementidir. Xüsusilə hemoglobinin əmələ gəlməsi üçün zəruri elementlərdən biridir. Hemofol dəmir çatışmazlığını aradan qaldırmaq üçün istifadə olunur. Dəmir glukonat əsasən onikbarmaq bağırsaq və nazik bağırsaqdan sorulur və acqarına qəbul edildikdə maksimum udma müşahidə olunur. Dəmirin Absorbsiysıa və bədənin dəmir ehtiyatlarından və fizioloji tələblərdən asılı olaraq dəyişir. Dəmir çatışmazlığı zamanı Hemofolun absorbsiyası artır. Bədəndə assimilyasiya olunmuş dəmirin ümumi miqdarı onun dozasının artması ilə mütənasib olaraq artır.Sorulduqdan sonra dəmirin əsas hissəsi transferrinlə bağlanır və sümük iliyinə daşınır, burada hemoglobin sintezi üçün sümük iliyinin eritroid hüceyrələri tərəfindən tutulur. Qalan hissəsi qanda olur və ferritin, hemosiderin və ya miyoqlobin şəklində orqanlarda depolanır.
Folic acid (Fol turşusu) - Fol turşusu immuniteti bərpa edir, ürək və qan damarlarının fəaliyyətini dəstəkləyir, orqanizmdə dəmir çatışmazlığı zamanı qan hüceyrələrinin (eritrositlərin) əmələ gəlməsini təmin edir, nuklein və amin turşularının, purin və pirimidin əsaslarının sintezində iştirak edir. Fol
turşusunun aktiv maddəsi qan plazması zülallarına yaxşı və tez bağlanır və qaraciyərdə aktiv formaya - tetrahidrofol turşusuna biotransformasiya olunur. Qanda maksimum konsentrasiyası Hemofol qəbul etdikdən 30-60 dəqiqə sonra əldə edilir.
Vitamin B12 (Cyanocobalamin) - B12 nuklein turşularının sintezi, qırmızı qan hüceyrələrinin formalaşması, hüceyrə və toxuma mübadiləsi üçün vacibdir və sinir sisteminin normal fəaliyyətinin qorunmasında da iştirak edir. B12 vitamini çatışmazlığı makrositar (meqaloblastik) anemiyanın inkişafına səbəb ola bilər. Onun əsas təzahürü qanda eritrositlərin sayının azalması, lakin onların ölçüsündə artım - makrositlərin əmələ gəlməsidir. Makrositlər normal qırmızı qan hüceyrələri ilə müqayisədə daha qısa ömür sürür və hemolizə daha çox meyllidirlər, bu da yorğunluq, zəiflik və anemiyanın digər simptomlarına səbəb olur.Hemofol meqablastik anemiyanın müalicəsində yüksək terapeftik effekt göstərir.
Vitamin C - Askorbin turşusu dəmirin udulmasını, Fe3+-nın Fe2+-a çevrilməsini təmin edir