Valerian - ən tanınmış bitkilərdən biridir. Həm xalq təbabətində,həm də ənənəvi tibbdə geniş istifadə olunur. Güclü səitləşdirici bitki kimi tanınır, bundan əlavə baş ağrılarında, miqren, əsəbilik,nevroz, isteriya,yuxusuzluq zamanı yaxşı təsir edir. Ürək - damar sistemi patoloqiyalarında istifadə olunur. Taxikardiya,hipertoniya, ürək ağrıları,arterial təziq kimi simptomları aradan qaldrır.Körpə uşaqlara tez yuxuya getməyə kömək edir.
Yemşan – bu giləmeyvənin faydalı xüsusiyyətləri insanlara qədim zamanlardan məlumdur.Yemşan bir cox vitaminlər, mikroelmetlər,orqanik turşular,efir yağları və sair faydalı maddələrlə zəngindi. Qədimdən bu ağacın cicəkləri və meyvələri yuxusuzluqda, başgicəllnməsində,aterosklerozda,ürək ağrılarında,ruhi pozğunluqda və epilepsiya zamanı istifadə edilib. Yemşandan təbii ürək dərmanı kimi istifadə edilir. O,ürək əzələlərininn yığılmasını qüvvətləndrir,ürək fəaliyyətinin ritminin normallaşdırır və qan dövranını gücləndirir.Ürəyinn tac və beyin damarlarını genişləndirir,sinir sisteminin oyanığlığını azaldır,taxikardiya və aritmiyanı aradan qaldırır.Maddələr mübadiləsini yaxşılaşdırır,qanda xolesterinin səviyyəsini aşağı salır.
Dazıotunun müalicəvi xüsusiyyətləri qədim zamanlardan məlumdur.Qədimdə bu ot müxtəlif xəstəliklər zamanı geniş istifadə olunurdu. Onun tərkibi efir yağından (0,1%) ibarətdir. Efir yağı tərkibinə isə terpenlər, seskviterpenlər, izovaleryan turşulu mürəkkəb efırlər, aşılayıcı maddələr (10%), seril spirti, holin, alkoloidlər, karotin (56%-ə qədər), vitaminlər, qətran, nikotin turşusu daxildir. Bütün bunlardan savayı, hiperozid, rutin, kversitrin, kversetin kimi flavonoidlər də ifraz olunurla Dazıotunun çox güclü sakitləşdirici təsiri var - stress və depressiya ilə mübarizə etməyə kömək edir, baş ağrıları azaldır, yuxusuzluqdan azad edir.
Qlisin – alifatik aminturşusudu. Nootrop maddədi. Sedativ effekti var. Orqanizndə psixoloji vəziyyətin düzüldilməsinə səbəb olan sinir impulslarının tənzimlənməsində ən böyük rol oynayır.Maddələr mübadiləsini normallaşdırır ,beyinin işini stimulaşdırır,social adaptasiya təşviq edir.
Maqnezum laktat – həyatı vacib elemetlərdən biridir.Bütün toxumalarda və hüceyrələrdə var. Bir sıra mübadilə proseslərində iştrak edir. Sinir impulslarının keciriliciyində və əzələ yığılmalarında iştrak edir. Spazmaitik və antiaqreqant təsiri var.Sinir sistemin normal fəaliyətində müsbət təsiri var.
B6 vitamini eyni zamanda piridoksin adlanır və bu vitamin də fol turşusu kimi B vitaminləri qrupuna aiddir. Bu qida maddələrimizdən alınan qida proteinlərinin optimal şəkildə istifadə edilməsini təmin edir. Piridoksin, adermin, antidermatid viramin. Piridin törəmələridir. Ağ kristallik maddədir. Gündəlik tələbat 2-3 mq-dır. Düyü kəpəyi, buğda, paxla, mayalar, qaraciyər, böyrək, əzələlər, beyin, yumurta sarısı B6 vitamini ilə zəngindir. B6 vitamini porfirinlərin sintezində, yağların nəqlində və mübadiləsində, hemoqlobin yaranmasında mühüm rol oynayır. Onun avitaminozu zamanı tüklər tökülür. Barmaqların qanqrenası baş verir, dermatit yaranır, qıcolmalar və sinir poğunluqları baş veri