Sümük toxumasının yaranması və inkişafında, sinir-əzələ keçiriciliyinin təmin olunmasinda əsas rol oynayan əvəzsiz preaparatdır.
Tərkib:
Kalsium
Sink
Vitamin D3
Vitamin K1
Göstərişlər:
Raxitin korreksiyası və profilaktikası
Kalsium, sink və vitamin defisitinin təzahürü kimi meydana çıxan müxtəlif patoloji hallar (böyük əmgəyin gec bitişməsi, dişlərin çıxmasının ləngiməsi, əzələ zəifliyi, səbəbsiz tərləmə, oyanıqlıq, qıcolma)
Hipokalsiemik və hipomaqniemik tetaniya, spazmofiliya
Vitamin, mineral və mikroelement defisitinin müalicəsi və profilaktikası, eyni zamanda vitamin, mineral və mikroelementlərə tələbatın artdığı hallar.
İmmun sistemin zəifləməsi: kütləvi virus və bakteriyal infeksiyaların yayılması zamanı profilaktika üçün.
Orqanizmin istənilən infeksiyon və qeyri-infeksiyon xəstəliklərə qarşı müqavimətinin gücləndirilməsi məqsədi ilə.
Cərrahi, somatik və infeksion xəstəliklərin reabilitasiyası zamanı.
Göz xəstəlikləri
Xroniki yorğunluq sindromu. Asteniya və nevrotik vəziyyətlərin profilaktikası.
Müxtəlif etiologiyalı dermatit və dermatozlar.
İdmanla məşğul olan uşaqlarda artıq fiziki yüklənmə zamanı. Uşaqlarda artıq zehni yüklənmə zamanı.
İstifadə qaydası: 1 tablet gündə 1 dəfə.
İstehsalçı şirkət: Bereket İlaç ve Kozmetik A. Ş.BURSA
Kalsium (Kalsium karbonat) - sümük toxumasının yaranması və inkişafında,sinir-əzələ keçiriciliyinin təmin olunmasında əsas rol oynayan əvəzsiz mineral sayılır. Kalsiumun sitrat duzunun digər kalsium duzlarından fərqi böyrəklər vasitəsilə az miqdarda xaric olması və qanda yüksək konsentrasiya yaratmasıdır. Digər üstünlük fərqi kalsium sitratın uzun müddət istifadəsinin hiperkalsiemiya, kalsiuriya və böyrəkdə duzların toplanması kimi xoşagəlməz halları yaratmamasıdır.
Sink (Sink Oksid) - sümük yaranması üçün vacibdir, prostat və reproduktiv orqanların normal funksiyasını təmin edir. Piy vəzilərin funksiyasını tənzimləyir. Zülal sintezi və kollagen əmələ gəlməsi üçün vacibdir. Immun sistemin qoruyucu funksiyasını artırır, yaraların sağalmasını sürətləndirir. Insulinin və digər həyati vacib fermentlərin tərkib komponenti sayılır. Sərbəst radikalların əmələ gəlməsinin qarşısını alır.
Vitamin D3 (Cholecalciferol) - yağda həll olan vitamin olub normal halda ultrabənövşəyi şüaların təsiri altında insan dərisində 7-dehidroxlesterindən sintez olunur. Vitamin D3 kalsium, fosfor və maqnezium mübadiləsinin tənzimlənməsində iştirakedir, Ca və fosfatların bağırsaqdan sorulmasını və onların böyrək kanalından reabsorbsiyasını gücləndirir, sümük toxumasının minerallaşmasını yaxşılaşdırmaqla uşaqlarda skeleton və dişlərin formalaşmasını təmin edir. Ossifıksiya prosesini gücləndirir. Qalxanabənzər ətraf vəzilərin normal fəaliyyət göstərməsinə kömək edir.
Vitamin K1 - yaxud fitomenadion əsasən bitki mənşəli ərzaqlarda rast gəlinir. Kalsiumun bağırsaqdan sorulub sümük toxumasına çatdırılmasında vacib vitamindir.