Orqanizmin təbii immun mexanizminin aktivləşdirilməsində mühüm rol oynayan preparatdır.
Tərkib:
Beta-qlükan
Sink
Vitamin E
Selen
Göstərişlər:
Qrip və KRVİ müalcəsi və profilaktikası
Sidik – cinsiyyət sisteminin kəskin və xroniki infeksiyalarının müalicəsi və profilaktikası:
Virus infeksiyalarının kompleks müalicəsinin tərkibində
Bakterial, göbələk və parazitar infeksiyaların kompleks müalicəsinin tərkibində
Müxtəlif xəstəliklər zamanı immun sistemin funksional zəifliyi müşahidə edilən hallarda
Onkoloji xəstəliklər zamanı əməliyyatönü, əməliyyat zamanı, əməliyyatdan sonra radio və kimyaterapiya ilə müalicənin effektivliyinin artırılması məqsədi ilə
Xroniki yorğunluq və fiziki tükənmə zamanı
Diabetli xəstələrdə oksidativ stressin və immunitetin zəifləməsinin qarşısını almaq məqsədi ilə.
İstifadə qaydası: Böyüklər: 1 kapsul gündə 1 dəfə.
Beta-qlükan - təbii polisaxariddir, pleurotus ostreatus göbələyindən alınmışdır. Orqanizmin təbii immun cavabına təkan verməklə yanaşı immun mexanizminin aktivləşdirilməsində mühüm rol oynayaraq immunomodulyator kimi təsir göstərir. İmmun sisteminin zəruri hüceyrələrini (makrofaqlar, neytrofiller, killer hüceyrələri, sitotoksik və T limfositləri) aktivləşdirir. Makrofaqlar immun cavabının başlanmasında və həyata keçirilməsində əsas rol oynayır və insan orqanizminə yad olan və ciddi xəstəliklər törədən bakteriya və virusları məhv edir.
Sink - sümük yaranması üçün vacibdir, prostat və reproduktiv orqanların normal funksiyasını təmin edir. Piy vəzilərin funksiyasını tənzimləyir. Zülal sintezi və kollagen əmələ gəlməsi üçün vacibdir. Immun sistemin qoruyucu funksiyasını artırır, yaraların sağalmasını sürətləndirir. Insulinin və digər həyati vacib fermentlərin tərkib komponenti sayılır. Sərbəst radikalların əmələ gəlməsinin qarşısını alır.
Vitamin E - antioksidant olub çox əhəmiyyətli funksiyanı yerinə yetirir – sərbəst radikalları tutur. O, hüceyrə membranlarını qoruyur (sərbəst radikallardan xilas edərək). Qan dövranını və “yaxşı xolesterin” əmələ gəlməsini aktivləşdirir. İmmun sistemini stimullaşdırır.
Selen - insan orqanizmində müxtəlif lipopolisaxaridlərin, zülalların və fermentlərin fəaliyyəti üçün vacib rola malikdir. Çox güclü antikanserogen təsirə malik olmaqla müxtəlif bəd xassəli şişlərin yaranmasının və inkişafının qarşısını alır. Həmçinin, sink spermatozoidlərin müdafiəsini və hərəkətliliyini təmin edir. Buna görə də kişi sonsuzluqları zamanı geniş istifadə olunur. O qalxanabənzər vəzinin tərkibində yod olan hormonlarının sintezi üçün əvəz olunmaz rola malikdir. Buna görə də yod çatışmazlığı ilə mübarizədə geniş istifadə olunur. Güclü antioksidant təsirə malikdir, eyni zamanda hüceyrə membranının atomar oksigenin təsirindən qorunmasında vitamin E-nin fəaliyyətinə də əhəmiyyətli köməklik göstərir.