Valerian ekstraktı
- Xüsusiilə ürək döyünmələrində, ürəyin tac damarlarının spazmlarında geniş istifadə olunan vasitədir. Sadalanan hallarda pişikotunun müsbət təsirləri sinir sistemi gərginliyini, spazmları aradan qaldırıcı xüsusiyyətlərilə izah olunur. Pişikotu həmçinin qıcolma əleyhinə, antidepressant və təbii yuxu prosesini qaydaya salan effektlərə də sahibdir.
Dazıotu
- geniş farmakoloji təsir spektrinə malik bitkidir. Müəyyən edilmişdir ki, adi dazının flavonoidləri qan damarının, öd yollarının və bağırsaqların saya əzələlərinə spazmolitik təsir göstərir. Dazıotunun antiseptik xassəyə malik olduğunu da qeyd etmək lazımdır. Yerli anesteziyaedici və iltihabəleyhinə təsirlərə, güclü sidikqovucu və yarasağaldıcı effektlərə malikdir.
L-triptofan-əvəzolunmayan aromatik alfa amin turşusudur. Bu amin turşusu olmadan orqanizmin əhval-ruhiyyəsinə cavab verən, emosional komfort, sevinc, xoşbəxtlik hisslərini yaradan serotonin hormonu istehsal olunmur. Tədqiqatlar sübut etmişdir ki, depressiya vəziyyətində olan insanlarda serotoninin səviyyəsi həddindən artıq aşağıdır. Triptofan əhval-ruhiyyəni yüksəldir, emosional və mənəvi rahatlıq yaradır, iş qabiliyyətinin səviyyəsini yüksəldir. Gecələr asan və tez yatmağa yardım edir, yuxunun dərinliyini və keyfiyyətini təmin edir, fasiləli yuxu problemini aradan qaldırır, tam yatmaq və qısa müddət ərzində yaxşı istirahət etmək üçün imkan yaradır.
Zəfəran-ağrıkəsici və təzyiqi normallaşdıran vasitə kimi istifadə edilir.Yaddaşı yaxşılaşdırır,stress əleyhinə təsir göstərir, yuxu-gətirici effektə malikdir. İmmuniteti gücləndirir.
Melissa ekstraktı
- Sakitləşdirici və spazm əleyhinə vasitə kimi təxminən 3000 ildən artıq geniş istifadə olunan xoş ətirli bitkidir. Onun immun sistemi aktivləşdirici, sidikqovucu, allergiya və qusma əleyhinə təsirləri də məlumdur.
Maqnezium
- Kalsiumun mənimsənilməsini təmin edir. Ürək-damar xəstəliklərinin profilaktikasında faydalıdır, osteoporozun profilaktikasında faydalıdır, xolesterinin səviyyəsini azaldır. Maqnezium B6 vitamini ilə birgə böyrək daşlarının əmələ gəlməsini azaldır və daşların əriməsini təmin edir. Maqnezium stresəleyhinə, sedativ, yuxu tənzimləyici təsirə malikdir. Qanın reoloji xüsusiyyətlərini normallaşdırır, sümük toxumasının strukturunu bərpa edir, qlükozanın səviyyəsini tənzimləyir. Menstrual tsikli normallaşdırır, böyrək daşlarının əmələ gəlməsinin qarşısını alır, beyin metabolizmi yaxşılaşdırır.
Vitamin B6 (as Pyridoxine hydrochloride) – zülal və qlükoza metabolizmində içtirak edir. Lipid mübadiləsini normallaşdırır, porfirinlərin sintezində, yağların nəqlində və mübadiləsində, hemoqlobin yaranmasında mühüm rol oynayır. Sinir sisteminin işini tənzimləyir, periferik sinir xəstəlikləri (radikulit, nevrit və s.) zamanı sinir keçiriciliyini yaxşılaşdırır. Depressiyanı, gərginliyi aradan qaldırır, əhval-ruhiyyənin yüksəlməsinə səbəb olur. Vitamin B6 homosistein amin turşusunun orqanizmdən atılmasını təmin etməklə insult və miokard infarktı riskini azaldır.